Bakı. Trend:
Kamerunun paytaxtı Yaunde şəhərində gecə klubunda yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Rabitə Nazirliyinin kommünikesində deyilir.
"İlkin məlumatlara görə, yanğın nəticəsində 16 nəfər həlak olub. Bundan əlavə, 8 nəfər ciddi xəsarətlər alıb", - deyə kommünikedə bildirilir.
"Cameroon Tribune" xəbər portalı öz növbəsində yanğının klubun zirzəmisində başladığını yazır.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Kamerunda Afrika Millətlər Kubokunun oyunları keçirilir.