...

Çexiya XİN ölkə siyasətçilərinin Pekin Olimpiadasını boykot edəcəklərini bildirib

Dünya xəbərləri Materials 27 Yanvar 2022 05:16
Çexiya XİN ölkə siyasətçilərinin Pekin Olimpiadasını boykot edəcəklərini bildirib

Trend-i buradan izləyin

Bakı. Trend:

Çexiyanın hökumət koalisiyasına daxil olan partiyaları təmsil edən siyasətçilər Pekində keçiriləcək Olimpiya Oyunlarını boykot edəcəklər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lenka Do bildirib.

"Hökumət koalisiyasının partiyalarını təmsil edən siyasətçilərdən heç biri Çində keçiriləcək Olimpiya Oyunlarına qatılmayacaq", - deyə o bildirib.

Bununla belə, Çexiya prezidenti Miloş Zeman Olimpiya oyunlarının boykot edilməsinə və olimpiya ideyasından siyasi məqsədlər üçün sui-istifadəyə qarşı çıxış edib. Müvafiq bəyanat dövlət başçısının Çinə səfər edən Çexiya komandasının üzvlərinə videomüraciətində yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti