...

Belçikada koronavirusa yoluxanların sayı 3 milyonu keçib

Dünya xəbərləri Materials 29 Yanvar 2022 08:30 (UTC +04:00)

Bakı. Trend:

Belçikada koronavirusa yoluxanların sayı 3 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 3 007 724 nəfərə, koronavirusdan ölənlərin sayı isə 28 938 nəfərə çatıb.

Bildirilir ki, hazırda 3 694 nəfərin müalicəsi davam edir, onlardan 357 nəfəri intensiv terapiya şöbəsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti