...

Tehranda partlayış olub: 9 ölü (VİDEO)

Dünya xəbərləri Materials 17 Fevral 2022 10:32 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın Tehran vilayətinin Vəhidiyyə qəsəbəsində üçmərtəbəli binada baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 9 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu Tehran vilayəti Qırmızı Aypara Cəmiyyətinin direktoru Şahin Fəthi deyib.

Ş.Fəthinin sözlərinə görə, hadisə baş verdiyi ilk saatda 3 nəfər binanı tərk edib, 6 nəfər uçqunlar altından sağ çıxarılıb.

Xilasetmə əməliyyatı 11 saat davam edib.

Hadisə qaz sızması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti