...

"TURKOVAC" peyvəndi Türkiyənin bütün dövlət xəstəxanalarında tətbiq olunacaq

Dünya xəbərləri Materials 17 Fevral 2022 23:06 (UTC +04:00)

Bakı. Trend:

Gələn həftədən etibarən yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı yerli "TURKOVAC" peyvəndi Türkiyənin bütün dövlət xəstəxanalarında əlçatan olacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

F.Qoca qeyd edib ki, Türkiyə xəstəxanalarında indiyədək TURKOVAC peyvəndinin 800 000 dozası paylanıb.

Nazir xatırladıb ki, türkiyəli mütəxəssislər yerli peyvəndin koronavirusun "omikron" ştammına uyğunlaşdırılması üzərində işləyirlər:

"Yerli vaksin heyvanlar üzərində sınaqdan keçirilir. İnanıram ki, sabah heyvanlara ikinci doza veriləcək. Biz mart ayına qədər TÜRKOVAC-ın "omikron" ştammına uyğunlaşdırılmasını başa çatdırmağı planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti