...

Bəhreyn hakimiyyəti ölkəyə gələnlər üçün PCR testini və karantini ləğv edir

Dünya xəbərləri Materials 18 Fevral 2022 02:53 (UTC +04:00)
Bəhreyn hakimiyyəti ölkəyə gələnlər üçün PCR testini və karantini ləğv edir

Bakı. Trend:

Bəhreyn hakimiyyəti fevralın 20-dən ölkəyə gələnlər üçün koronavirusa görə tətbiq olunan məcburi PCR testini və karantini ləğv edir.

Trend-in məlumatına görə, bu barədə ölkənin mülki aviasiya idarəsinin qərarında bildirilib.

Qərarda qeyd olunub: "20 fevral 2022-ci il tarixindən etibarən Bəhreyn Beynəlxalq Hava Limanı vasitəsilə ölkəyə giriş qaydaları dəyişdirilib. Krallığın ərazisinə daxil olmaq üçün koronavirus ilə bağlı PCR testi ləğv edilir. Həmçinin, Bəhreynə daxil olan hər kəs üçün karantin ləğv edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti