...

ÜST Ukrayna üçün 3,5 milyon dollar həcmində humanitar yardım ayırıb

Dünya xəbərləri Materials 25 Fevral 2022 06:12 (UTC +04:00)

Вakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukrayna əhalisinə təcili humanitar yardım göstərmək üçün 3,5 milyon dollar ayırıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, 3,5 milyon dollar məbləğində vəsait ÜST-nin təcili yardım fondundan "təcili tibbi ləvazimatlar üçün" ayrılıb. “Əlavə ehtiyacların qiymətləndirilməsindən sonra humanitar dəstəyin artacağı gözlənilir", - o əlavə edib.

Qebreyesus, həmçinin, Ukrayna xalqının sağlamlıq vəziyyəti ilə bağlı dərin narahatlığını dilə gətirib. “Səhiyyə sistemi fəaliyyətini davam etdirməlidir”, o vurğulayıb..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti