...

Bu gündən Aİ Rusiya təyyarələri üçün hava məkanını bağlayıb

Dünya xəbərləri Materials 28 Fevral 2022 10:29 (UTC +04:00)
Bu gündən Aİ Rusiya təyyarələri üçün hava məkanını bağlayıb

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Rusiya təyyarələri üçün hava məkanını bağladığını təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə qərar Aİ-nin Rəsmi jurnalında dərc olunub.

Qeyd olunur ki, hava məkanının bağlanması qərarı fevralın 28-dən qüvvəyə minir. İstisnalar yalnız təcili və qəza enişlərinin həyata keçirilməsi üçün tətbiq olunacaq.

Bundan əvvəl, Avropanın bir sıra ölkələri və Kanada Rusiya üçün hava məkanını bağladığını elan etmişdi.

Eyni zamanda Sinqapurun "Singapore Airlines" aviaşirkəti Moskvaya uçuşları müvəqqəti dayandırdığını elan edib.

Sinqapur hökuməti, həmçinin bir sıra Rusiya bankları ilə əməliyyatların aparılmasını qadağan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti