...

Yaponiya Rusiyanın 49 şirkət və təşkilatına qarşı ixrac sanksiyaları tətbiq edib

Dünya xəbərləri Materials 1 Mart 2022 05:28 (UTC +04:00)
Yaponiya Rusiyanın 49 şirkət və təşkilatına qarşı ixrac sanksiyaları tətbiq edib

Bakı. Trend:

Yaponiya hökuməti “Rosoboroneksport”, “Rostex”, FTX və Xarici Kəşfiyyat Xidməti də daxil olmaqla 49 Rusiya şirkəti və təşkilatına qarşı ixrac sanksiyalarının tətbiqini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

Məlumata əsasən, siyahıya həmçinin "Admiralty Shipyards", "İrkut", "RSC Progress" və Moskva Fizika və Texnologiya İnstitutu daxil edilib.

Bundan əlavə, Yaponiya hökuməti Rusiya hakimiyyəti və banklarının nümayəndələrinin aktivlərinin dondurulması ilə bağlı daha əvvəl elan edilmiş qərarı təsdiqləyib. Sanksiyalara Rusiya prezidenti Vladimir Putin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov, eləcə də Mərkəzi Bank, Vneşekonombank və Promsvyazbank məruz qalıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti