Bakı. Trend:
Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin sakinlərinə 140 tondan çox humanitar yardımın çatdırılmasını təmin ediblər.
Trend xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya Müdafiə Nazirliyindən bildirilib.
"Humanitar yardım ət və balıq konservləri, dənli bitkilər, bitki yağı, qablaşdırılmış su, çörək məhsulları və digər zəruri məhsullardan ibarət olub. Hər kəs öszügedən yardımı Xerson şəhərinin müxtəlif yerlərində, o cümlədən vilayət administrasiyasının yaxınlığındakı meydanda ala bilər", - məlumatda deyilr.
Xersonla yanaşı, yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri də Rusiyadan yardım almağa başlayıblar.