Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan moldovalı həmkarı Maya Sandu ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
R.T.Ərdoğan Türkiyənin Ukraynada sülhün bərqərar olması üçün bütün lazımi səyləri göstərəcəyini vurğulayıb.
Türkiyə prezidenti bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə martın 10-da Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin bir araya gəlməsi sülhə gedən yolda müəyyən həddə çatmaq üçün yardımçı olacaq.