...

Dünyada koronavirusa yoluxanların sayı 460 milyonu keçib - ÜST

Dünya xəbərləri Materials 17 Mart 2022 03:15 (UTC +04:00)

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 460 milyonu keçib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 1 679 216 yoluxma halı və 1 751 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 460 280 168 nəfər yoluxub. Onlardan 6 050 018 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti