Bakı. Trend:
Fransa yaxın günlərdə Ukraynaya 300 milyon avro məbləğində maliyyə yardımı göndərmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
"Fransanın xarici işlər naziri Jan-İv le Drian təsdiq edib ki, prezident Emmanuel Makronun bəyan etdiyi kimi, yaxın günlərdə Ukraynaya 300 milyon maliyyə yardımı təqdim olunacaq", - məlumatda deyilir.
(Tərcümə: Orxan Nəbiyev)