...

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb

Dünya xəbərləri Materials 18 Mart 2022 15:20 (UTC +04:00)
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 20 faiz səviyyəsində dəyişməz saxlayıb.

Trend-in məlumatına görə, bu barədə bankın qərarında deyilir.

Qeyd edək ki, qurum fevralın sonunda Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar fonunda uçot dərəcəsini 9,5 faizdən 20 faizədək yüksəltmişdi.

Mərkəzi Bankın bugünkü qərarında deyilir ki, fevralın sonunda verilən qərar ölkədə maliyyə sabitliyinin dəstəklənməsinə və qiymət artımına nəzarətin təmin olunmasına imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti