...

Əlcəzair İspaniyadakı səfirini geri çağırıb

Dünya xəbərləri Materials 19 Mart 2022 23:27 (UTC +04:00)
Əlcəzair İspaniyadakı səfirini geri çağırıb

Bakı. Trend:

Əlcəzair İspaniya hökumətinin Qərbi Sahara məsələsində mövqeyində kəskin dəyişikliyini göstərən bəyanatlarından sonra Madriddəki səfirini məsləhətləşmələr üçün dərhal geri çağırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Əlcəzairin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Xatırladaq ki, İspaniyanın baş naziri Pedro Sançec Mərakeş kralı VI Məhəmmədə məktub göndərərək, rəsmi Madridin "Mərakeş üçün Sahara probleminin əhəmiyyətini qəbul etdiyini" qeyd edib.

Hökumət başçısı vurğulayıb ki, "İspaniya Mərakeşin 2007-ci ildə təqdim etdiyi (Saxara regionlarının - red.) muxtariyyətlə bağlı təşəbbüsünü bu mübahisəli məsələnin həlli üçün ən ciddi, real və etibarlı əsas hesab edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti