...

"G7" XİN başçıları Şimali Koreyanın raket sınaqlarını pisləyib

Dünya xəbərləri Materials 25 Mart 2022 19:08 (UTC +04:00)
"G7" XİN başçıları Şimali Koreyanın raket sınaqlarını pisləyib

Bakı. Trend:

G7 ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın raket sınaqlarını pisləyib, bunu Pxenyanın öhdəliklərinin pozulması hesab edib və gələcəkdə bu cür hərəkətlərdən imtina etməyə çağırıblar.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya XİN tərəfindən cümə günü dərc edilən birgə bəyanatda deyilir.

"Biz bu hərəkətləri ən kəskin şəkildə pisləyirik. Bunlar KXDR-in BMT Təhlükəsizlik Şurasının qətnamələri, o cümlədən 2397 saylı qətnaməsi üzrə öhdəliklərinin açıq şəkildə pozulmasıdır", - bəyanatda vurğulanır.

Bundan əvvəl, Koreya Xalq Demokratik Respublikası (KXDR) martın 24-də Kim Çen Inın birbaşa göstərişi ilə "Hvason-17" qitələrarası ballistik raketi sınaqdan keçirdiyini təsdiqləmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti