...

ABŞ Şərqi Avropaya 10 ədəd F-18 qırıcısı göndərəcək

Dünya xəbərləri Materials 30 Mart 2022 07:51 (UTC +04:00)
ABŞ Şərqi Avropaya 10 ədəd F-18 qırıcısı göndərəcək

Bakı. Trend:

ABŞ dəniz piyadaları korpusunun 10 ədəd F-18 qırıcısı və bir neçə C-130 hərbi nəqliyyat təyyarəsini Şərqi Avropaya göndərəcək.

Trend-in məlumatına görə, bunu brifinq zamanı Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

C.Kirbi xatırladıb ki, ABŞ dəniz piyadaları Norveçdə "Cold Response" təlimlərində iştirak edir, onlardan təxminən 200-ü daha sonra Litvaya göndərilib.

"Dəniz piyadaları korpusunun 10 ədəd F-18 qırıcısı və bir cüt C-130 hərbi nəqliyyat təyyarəsi Şərqi Avropaya göndəriləcək. Dəqiq yerini hələ deyə bilmərəm", - deyə C.Kirbi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti