...

İranda yeni qaz yatağı kəşf olunub

Dünya xəbərləri Materials 2 Aprel 2022 16:21 (UTC +04:00)
İranda yeni qaz yatağı kəşf olunub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənubunda yerləşən Fars vilayətinin Cəhrom rayonunda yeni qaz yatağı kəşf olunub.

Trend-in məlumatına görə, bunu İran parlamentinin deputatı Məhəmməd Rza Rzayi deyib.

M.Rzayinin sözlərinə görə, rayonunda qaz yataqlarının kəşf edilməsi üzrə iki ildən çox araşdırmalar aparılıb.

Gələn aydan qaz yatağında quyuların qazılmasına başlanacaq.

İranlı parlamentari qeyd edib ki, qaz yatağının istifadəyə verilməsi ilə rayonda qaz emalı zavodunun tikilməsi mümkündür.

İranda hazırda 74 neft yatağı və 22 qaz yatağı var. İranın bütün karbohidrogen ehtiyatı isə 1,2 trilyon bareldir. İran mövcud texnologiya avadanlıqları ilə onun yalnız 340 milyard barelini çıxara bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti