...

ABŞ Rusiyanın maliyyə təşkilatlarına, Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edəcək - Ağ Ev

Dünya xəbərləri Materials 6 Aprel 2022 02:37 (UTC +04:00)
ABŞ Rusiyanın maliyyə təşkilatlarına, Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edəcək - Ağ Ev

Bakı. Trend:

Aprelin 6-da ABŞ hakimiyyəti Rusiya Federasiyasına qarşı yeni sanksiyalar elan edəcək, məhdudiyyətlər Rusiyanın maliyyə təşkilatlarına, dövlət müəssisələrinə və məmurlarına şamil olunacaq.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Ceyn Psaki bildirib.

Ağ Evin mətbuat katibinin sözlərinə görə, ABŞ-ın əlavə sanksiyaları Rusiyaya yeni investisiyaların qadağasını da əhatə edəcək və həmçinin ölkənin əsas güc alətlərini zəiflətməyə hesablanacaq:

"Bunlara Rusiyaya bütün yeni investisiyaların qadağası, maliyyə institutlarına və dövlət müəssisələrinə qarşı sanksiyaların artırılması, Rusiya hökumətinin nümayəndələri və onların ailə üzvlərinə qarşı sanksiyalar daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti