...

"Pegasus" Rusiyadan Türkiyəyə uçuşları bərpa etmək qərarına gəlib

Dünya xəbərləri Materials 7 Aprel 2022 01:50 (UTC +04:00)
"Pegasus" Rusiyadan Türkiyəyə uçuşları bərpa etmək qərarına gəlib

Bakı. Trend:

"Pegasus Airlines" aviaşirkəti Rusiyadan Türkiyəyə bilet satışını bərpa edib.

Trend-in məlumatına görə, bu barədə aviadaşıyıcının saytında bildirilir.

Aprelin 11-12-də Moskvadan İstanbul və Antalyaya, Sankt-Peterburqdan İstanbula uçuşların bərpası planlaşdırılır. Belə ki, Domodedovo hava limanından uçuşlar gündəlik həyata keçiriləcək, bazar ertəsi, çərşənbə və şənbə günləri iki birbaşa reys elan edilib.

Sankt-Peterburqdan uçuşların Airbus A320 və Boeing 737-800 təyyarələri ilə həyata keçirilməsi planlaşdırılır, səyahət müddəti 4 saat olacaq. Sərnişinlər uçuşlardan həftədə dörd dəfə: çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri yararlana biləcəklər.

May ayında aviaşirkət Krasnodar, Mahaçqala və Qroznıdan Türkiyəyə uçuşları bərpa etməyi planlaşdırır.

Xatırladaq ki, Türkiyə "Pegasus Airlines" aviaşirkəti martın 13-də Rusiyaya uçuşları dayandırıb. Şirkət rəhbərliyi bu qərarın Qərb ölkələrinin tətbiq etdiyi anti-Rusiya sanksiyaları ilə bağlı “əməliyyat risklərindən” irəli gəldiyini izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti