...

İlon Mask Twitter-in qərargahını evsizlər üçün sığınacaqa çevirməyi təklif edib

Dünya xəbərləri Materials 11 Aprel 2022 05:51 (UTC +04:00)
İlon Mask Twitter-in qərargahını evsizlər üçün sığınacaqa çevirməyi təklif edib

Bakı. Trend:

Bu yaxınlarda "Twitter"in ən böyük səhmdarı olan sahibkar İlon Musk San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacaqa çevirməyi təklif edib.

Trend-in məlumatına görə, İ.Mask aprelin 9-u axşam eyni adlı sosial şəbəkədə müvafiq sorğuya başlayıb:

"San-Fransiskodakı "Twitter" qərargahını evsizlər sığınacağına çevirmək, çünki onsuz da orada heç kim olmur", - deyə mesajda bildirilib, bunun altında "bəli" və ya "yox" düyməsini sıxmaq təklif olunur.

Bu günə kimi 1,8 milyondan çox istifadəçi səs verib. 90%-dən çoxu İ.Maskın təklifini dəstəkləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti