...

Pandemiyanın bitməsindən danışmaq hələ tezdir - ÜST-ün baş direktoru

Dünya xəbərləri Materials 12 Aprel 2022 06:29 (UTC +04:00)
Pandemiyanın bitməsindən danışmaq hələ tezdir - ÜST-ün baş direktoru

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyasının bitməsindən danışmaq hələ tezdir.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, yoluxma sayı yüksək olaraq qalır, bir çox ölkələrdə koronavirusa qarşı peyvəndləmə göstəricisi çox aşağıdır.

ÜST-ün baş direktoru qeyd edib ki, dünyada koronavirusdan ölüm hallarının sayında azalma tendensiyasına baxmayaraq, "pandemiya hələ də bitmək üzrə deyil".

Onun sözlərinə görə, pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması yoluxma hallarının çoxalmasına imkan verir, yeni ştamların yaranma riskini artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti