...

İsrail Qəzza zolağından atılan raketi dəf edib

Dünya xəbərləri Materials 19 Aprel 2022 01:35 (UTC +04:00)
İsrail Qəzza zolağından atılan raketi dəf edib

Bakı. Trend:

İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemi Qəzza zolağından atılan raketi dəf edib.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti İsrail ordusuna istinadən bildirib.

Raket atılması ilə əlaqədar olaraq Qəzza zolağı yaxınlığında İsrail ərazisində raket atəşi ilə bağlı xəbərdarlıq sireninin səsləri eşidilib. Xüsusilə, siren səsləri Kisufim və Eyn ha-Şloşa kiçik yaşayış məntəqələrində eşidilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti