Bakı. Trend:
Avropa uzun müddət Rusiya qazı olmadan davam gətirə bilməz.
Trend "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev deyib.
"Avropa Komissiyası qazın rublla ödənişini mümkün olduğunu düşünür və hesab edir ki, Rusiya prezidentinin fərmanı hələ də Avropa biznesi tərəfindən tətbiq oluna bilər. Biz avropalı tərəfdaşlarımızın ardıcıllığını və dürüstlüyünü yüksək qiymətləndiririk... Xüsusilə BVF-nin son məlumatlarına görə, Avropa bizim qazımız olmadan altı aydan çox davam gətirə bilməz. Ciddiliyə qalsa, heç bir həftə də davam gətirməz", - deyə D.Medvedev bildirib.