...

Qəzza zolağından İsrail ərazisinə raket atılıb

Dünya xəbərləri Materials 23 Aprel 2022 08:43 (UTC +04:00)
Qəzza zolağından İsrail ərazisinə raket atılıb

Bakı. Trend:

Gecə saatlarında Qəzza zolağından İsrail ərazisi istiqamətində bir neçə raket atılıb.

Trend xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun "Twitter" səhifəsindəki paylaşımda deyilir.

Məlumata əsasən, ilk öncə Qəzza zolağından İsrail ərazisi istiqamətində iki raket atılıb. Onlardan biri İsrail ərazisinə, biri isə Qəzza zolağına düşüb.

Bir müddət sonra İsrail ərazisi istiqamətində daha bir raket atılıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti