...

Filippin və İndoneziya birgə antiterror təlimləri keçirəcəklər

Dünya xəbərləri Materials 25 Aprel 2022 06:22 (UTC +04:00)
Filippin və İndoneziya birgə antiterror təlimləri keçirəcəklər

Bakı. Trend:

Filippin və İndoneziya orduları qarşılıqlı fəaliyyətin və terrorla mübarizə imkanlarının təkmilləşdirilməsinə yönəlmiş birgə təlimlər keçirmək barədə razılığa gəliblər.

Trend "The Philadelphia Inquirer" nəşrinə istinadən xəbər verir ki, təlimlər 1-5 avqust tarixlərində keçiriləcək.

Təlimlərin keçirilməsi ilə bağlı razılıq ötən həftə Manilada İndoneziya Quru Qoşunlarının nümayəndələrinin iştirakı ilə keçirilən dörd günlük planlaşdırma konfransı zamanı əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti