...

Hindistan "Brahmos" qanadlı raketinin gəmi əleyhinə versiyasını uğurla sınaqdan keçirib

Dünya xəbərləri Materials 29 Aprel 2022 05:43 (UTC +04:00)
Hindistan "Brahmos" qanadlı raketinin gəmi əleyhinə versiyasını uğurla sınaqdan keçirib

Bakı. Trend:

Hərbi Dəniz Qüvvələri və Hindistanın Andaman və Nikobar adalarında Birləşmiş Komandanlığı (ANC) "Brahmos" hipersəs qanadlı raketinin gəmi əleyhinə versiyasını sınaqdan keçirib.

Trend xəbər verir ki, bu barədə ANC öz tviter səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, sınaqlar 27 apreld baş tutub.

Son zamanlar Hindistan Silahlı Qüvvələri bir sıra bu tip raketlərin sınaq buraxılışlarını həyata keçirib. Aprelin 19-da Hərbi Hava Qüvvələri Su-30MKİ qırıcı təyyarəsindən "Brahmos"-un uğurlu sınağını həyata keçirib. Ötən ay Hərbi Dəniz Qüvvələri raketin təkmil gəmi versiyasını Hind okeanında sınaqdan keçirib.

"Brahmos" Rusiya-Hindistan birgə müəssisəsi olan "BrahMos Aerospace" tərəfindən istehsal edilən hipersəs qanadlı raketdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti