...

Rusiya Bankı uçot dərəcəsini bir ayda ikinci dəfə azaltdı

Dünya xəbərləri Materials 29 Aprel 2022 14:40 (UTC +04:00)
Rusiya Bankı uçot dərəcəsini bir ayda ikinci dəfə azaltdı

Bakı. Trend:

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini 14 faiz səviyyəsinədək azaldıb.

Trend-in məlumatına görə, bu barədə bankın bu gün keçirilən iclasında qərar verilib.

Qeyd olunur ki, apreldə inflyasiyanın azalması fonunda Rusiya Bankı uçot dərəcəsini üç faiz azaldıb.

Bu, aprel ayında qəbul edilən ikinci analoji qərar olub. Aprelin 11-də Rusiya Bankı uçot dərəcəsini 20 faizdən 17 faizədək azaltmışdı.

Xatırladaq ki, Rusiya Bankı fevralın sonunda Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar fonunda uçot dərəcəsini 9,5 faizdən 20 faizədək yüksəltmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti