Bakı. Trend:
Çin Şərqi Çin dənizindəki platformadan beş ədəd peykin buraxılışını keçirib.
Trend-in məlumatına görə, peyklər "Long March 11" daşıyıcısı vasitəsilə fəzaya buraxılıb. Peyklərin uğurla orbitə çatdığı deyilir.
Qeyd olunur ki, "Jilin 1" seriyasından olan peyklər Yerin zondlamasını, səthin foto və videoçəkilişini həyata keçirəcək.
Bu peyklər yerüstü milli sərvətlərin vəziyyəti, şəhər planlaşdırması, eləcə də təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması kimi proseslərdə istifadə olunacaq.