Bakı. Trend:
"Falcon 9" ağır raket daşıyıcısı "Starlink" sisteminin qlobal İnternet əhatə dairəsinin orbital qruplaşmasının artırılması üçün 53 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.
Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildiriblər.
Buraxılış cümə günü ABŞ-ın şərq sahili vaxtı ilə saat 06:20-də Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzinin 39A buraxılış kompleksindən baş tutacaq.