...

Yunanıstanda "meymun çiçəyi" xəstəliyinə mümkün yoluxma halı aşkar edilib

Dünya xəbərləri Materials 22 May 2022 03:45 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstanda "meymun çiçəyi" xəstəliyinə ilk mümkün yoluxma halı aşkar edilib, laboratoriya tədqiqatının nəticələri gözlənilir.

Trend xəbər verir ki, bu barədə Yunanıstanın İctimai Səhiyyə üzrə Milli Təşkilatından (EODY) bildiriblər.

"Yunanıstanda ilk mümkün "meymun çiçəyi" yoluxması araşdırılır. EODY analiz üçün nümunələr alıb, onlar ixtisaslaşmış laboratoriyaya göndərilib, nəticələr bazar ertəsi bəlli olacaq", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, mümkün yoluxma halı ingilis turistdə aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti