Bakı. Trend:
Bu həftə ABŞ-da inflyasiyanın artması fonunda Co Baydenin ölkə prezidenti kimi fəaliyyətinə amerikalıların bəyənilmə reytinqi rekord 36%-ə düşüb.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Ipsos" sosioloji xidməti ilə birgə keçirdiyi sorğunun nəticələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, bu göstərici əvvəlki həftə ilə müqayisədə 6 faiz bəndi azalıb. C.Baydenin də daxil olduğu ABŞ Demokrat Partiyasının tərəfdarları olan respondentlərin 72%-i dövlət başçısının fəaliyyətini dəstəkləyir.
Rəyi oyrənilənlərin 59%-i prezidentin fəaliyyətini bəyənmir. Sorğu mayın 23-24-də 1005 ABŞ vətəndaşının arasında aparılıb.