Bakı. Trend:
Ötən sukta ərzində Şimali Koreya hakimiyyəti ən azı 96 020 nəfərdə qızdırma əlamətləri aşkarlayıb, aprelin sonundan bəri koronavirusun yayılması fonunda belə halların ümumi sayı 3,64 milyondan çox olub.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən bildirib.
Məlumata əsasən, qızdırmalı xəstələrin ümumi sayından 3,46 milyonu sağalıb, 183 mini müalicə olunur.
Son sutka ərzində yeni ölüm halı qeydə alınmayıb, ölənlərin ümumi sayı 70 nəfərdir. Seuldan verilən məlumata əsasən, qızdırma hallarının sayına təkcə koronavirusa yoluxanlar daxil deyil.