...

Almaniya parlamenti 2022-ci ilin büdcəsini təsdiq edib

Dünya xəbərləri Materials 4 İyun 2022 04:18 (UTC +04:00)
Almaniya parlamenti 2022-ci ilin büdcəsini təsdiq edib

Bakı. Trend:

Almaniya Bundestaqı 2022-ci il üçün 495,79 milyard avroluq büdcəni təsdiq edib, bu büdcəyə 138,9 milyard avro borc daxildir.

Trend xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.

Almaniyada bir qayda olaraq büdcə əvvəlki ilin sonunda qəbul edilir, lakin 2021-ci ildə hakim koalisiyanın yaradılması ilə bağlı danışıqların uzanması səbəbindən bu mümkün olmayıb.

Parlamentarilər yeni büdcədən əlavə, Almaniya Silahlı Qüvvələrinin gücləndirilməsi üçün 100 milyard avro dəyərində xüsusi fondun yaradılmasını təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti