...

Şimali Koreya yenidən Yapon dənizi istiqamətində raket buraxılışı həyata keçirib

Dünya xəbərləri Materials 5 İyun 2022 05:11 (UTC +04:00)
Şimali Koreya yenidən Yapon dənizi istiqamətində raket buraxılışı həyata keçirib

Bakı. Trend:

Şimali Koreya bazar günü yenidən Yapon dənizi istiqamətində ballistik raket ehtimal edilən cismin buraxılışını həyata keçirib.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Yapon patrul gəmiləri bölgədəki gəmiləri raket parçaları aşkar edilərsə onlara yaxınlaşmamağa və dərhal müvafiq qurumlarla əlaqə saxlamağa çağırıb.

Xatırladaq ki, ilin əvvəlindən Şimali Koreya on dəfədən çox silah sınağı keçirib. Sonuncu dəfə mayın 25-də biri qitələrarası olmaqla üç ballistik raket buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti