...

Koronavirusun daha təhlükəli ştammı yarana bilər - ÜST rəhbəri

Dünya xəbərləri Materials 8 İyun 2022 23:35 (UTC +04:00)
Koronavirusun daha təhlükəli ştammı yarana bilər - ÜST rəhbəri

Bakı. Trend:

Koronavirusun yeni, daha təhlükəli ştammı hər an yarana bilər.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

"Pandemiyanın bitdiyi hissi başa düşüləndir, lakin yanlışdır. Hər an çoxlu sayda insan müdafiəsiz qaldığı halda, koronavirusun yeni və daha təhlükəli variantı meydana çıxa bilər", - deyə baş direktor bildirib.

Onun sözlərinə görə, qlobal miqyasda koronavirus yoluxma və ölüm hallarının sayı azalsa da, ÜST ölkələri ayıq-sayıq olmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti