...

Slovakiyanın prezidenti koronavirusa yoluxub

Dünya xəbərləri Materials 9 İyun 2022 07:16 (UTC +04:00)

Bakı. Trend:

Slovakiyanın Prezidenti Zuzana Çaputova koronavirusa yoluxub.

Trend xəbər verir ki, bu barədə Slovakiya Prezidentinin mətbuat katibi Martina Strijnitsa bildirib.

Onun sözlərinə görə, Z.Çaputova koronavirusa yoluxması ilə əlaqədar yaxın günlər üçün bütün iş planlarını təxirə salıb.

Eyni zamanda, Slovakiya Prezidenti xəstəliyə görə polşalı həmkarı Andjey Duda ilə Portuqaliya və İtaliyaya səfərini ləğv etmək məcburiyyətində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti