...

Meksikanın mərkəzində naməlum şəxslər 7 nəfəri öldürüb

Dünya xəbərləri Materials 10 İyun 2022 05:49 (UTC +04:00)
Meksikanın mərkəzində naməlum şəxslər 7 nəfəri öldürüb

Bakı. Trend:

Meksikanın mərkəzindəki San Luis Potosi ştatında yeddi nəfərin cəsədi tapılıb.

Trend yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə bölgə prokurorluğu ictimaiyyətə açıqlamasında bildirib.

Qeyd olunur ki, Akismon bələdiyyəsində 7 cəsədin tapılması ilə əlaqədar araşdırma başladılıb. Müstəntiqlər baş vermiş hadisənin başvermə şəraitini müəyyən etməyə imkan verəcək məlumatlar toplayırlar.

Aşkarlanan cəsədlər müvafiq araşdırmaların aparılması üçün Məhkəmə Tibbi Ekspertiza Bürosuna təhvil verilib. Hələlik qətliamın motivinin nə olduğu məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti