...

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 12 İyun 2022 07:52 (UTC +04:00)
İndoneziya sahillərində güclü zəlzələ baş verib

Bakı. Trend:

İndineziyanın Yava adasının yaxınlığında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri 50 min nəfər əhalisi olan Catiroto yaşayış məntəqəsindən 57 kilometr cənub-şərqdə yerləşib, zəlzələ ocağının dərinliyi 33 kilometr təşkil edib.

Dağıntı və sunami təhlükəsi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti