...

Rusiya səfiri Danimarka XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 17 İyun 2022 17:26 (UTC +04:00)
Rusiya səfiri Danimarka XİN-ə çağırılıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Danimarkadakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Trend-in məlumatına görə, bu barədə Danimarkanın xarici işlər naziri Yeppe Kofod "Twitter" səhifəsində bildirib.

Onun sözlərinə görə, səfirin çağırılmasına səbəb Rusiya gəmisinin Danimarkanın dəniz sərhədini pozması olub.

"Rusiya gəmisi ötən gecə iki dəfə Danimarkanın dəniz sərhədini pozub. Bu, kobud və qəbulolunmaz təxribatdır. Rusiya səfiri dərhal XİN-ə çağırılıb", - nazir yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti