Bakı. Trend:
Fransada parlament seçkilərinin ikinci turunda səs vermək üçün seçki məntəqələri açılıb.
Trend-in məlumatına görə, bu gün ölkənin Milli Assambleyasının yeni tərkibində deputatların mandatları bölüşdürüləcək.
Fransa parlamentinin bu aşağı palatası ölkənin materik hissəsi və onun dənizaşırı departamentlərindəki birmandatlı seçki dairələrindən seçilir.
Milli Assambleyanın igamətgahı olan Burbon sarayında oturmaq hüququ uğrunda 1148 namizəd mübarizə aparacaq: 655 kişi və 493 qadın.