...

Bayden neft emalının sürətləndirilməsi üçün hərbi sahədə səlahiyyətlərindən istifadə edə bilər

Dünya xəbərləri Materials 23 İyun 2022 01:09 (UTC +04:00)
Bayden neft emalının sürətləndirilməsi üçün hərbi sahədə səlahiyyətlərindən istifadə edə bilər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden ölkədə neft emalının həcmini artırmaq üçün hərbi təyinatlı məhsullar haqqında qanundan istifadə edə bilər.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Cennifer Qranholm Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

Koreya Müharibəsi zamanından qalmış Hərbi təyinatlı məhsulların istehsalı haqqında qanun prezidentə milli təhlükəsizlik məqsədləri üçün müəyyən məhsulların istehsalını genişləndirməyə imkan verir.

Daha əvvəl C. Bayden bildirmişdir ki, ABŞ gələn il rekord həcmdə neft hasil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti