...

Kanadada qiymət artımı 40 illik rekordu yeniləyib

Dünya xəbərləri Materials 23 İyun 2022 02:51 (UTC +04:00)
Kanadada qiymət artımı 40 illik rekordu yeniləyib

Bakı. Trend:

Kanadada illik inflyasiya aprel ayındaki 6,8 faizdən 2022-ci ilin may ayında 7,7 faizə çatıb.

Trend xarici mətbuata istinadla xəbər verir ki, bu ölkənin statistika bürosunun məlumatında öz əksini tapır.

Qiymət artımı tempi 1983-cü ildən bəri ən yüksək göstəriciyə çatıb.

Aylıq və illik müvafiq olaraq artım tempi 12 və 48 faizə bərabər olan benzin nəzərə alınmasa, istehlak qiymətləri aprel ayında 5,8 faiz artdıqdan sonra may ayında daha 6,3 faiz artıb.

Ərzaq və elektrik enerjisi qiymətləri nəzərə alınmasa inflyasiya 30 illik rekordu 5,2 faizlə yeniləyib.

Ən əhəmiyyətli artım "elektrik enerjisi" kateqoriyasında qeydə alınıb - 2021-ci ilin eyni dövrü ilə müqayisədə 34,8 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti