...

Pakistanın cənubunda güclü partlayış baş verib, ölən və yaralılar var

Dünya xəbərləri Materials 26 İyun 2022 00:49 (UTC +04:00)
Pakistanın cənubunda güclü partlayış baş verib, ölən və yaralılar var

Bakı. Trend:

Pakistanın cənubundakı Sind əyalətində şənbə günü bomba partlaması nəticəsində azı bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend "Sinxua" agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunur ki, partlayış nəticəsində xəsarət alanlardan azı üç nəfəri polis əməkdaşıdır.

İlkin mılumata görə, partlayıcı qurğu motosikletə yerləşdirilib.

Hadisə yerinə xilasedicilər və digər müvafiq qirimların əməkdaşları cəlb olunub, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışa görə heç bir qrup və ya şəxs məsuliyyəti üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti