...

Türkiyə ordusu Suriyanın şimalında 5 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 27 İyun 2022 03:03 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında YPG terror qruplaşmasının (PKK-nın Suriya qolu) 5 üzvünü zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, terrorçular "Sülh çemməsi" və "Zeytun budağı" antiterror əməliyyatları zonasında terror aktları hazırlayırmışlar.

Qeyd edilir ki, terrorçular Türkiyə Silahlı Qüvvələrinin artilleriya zərbələri ilə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti