...

NATO ölkələri Finlandiya və İsveçi iyunun 29-da alyansa rəsmən dəvət edəcək - Stoltenberq

Dünya xəbərləri Materials 29 İyun 2022 00:08 (UTC +04:00)

Bakı. Trend:

NATO ölkələri rəsmi olaraq Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət edəcəklər, lakin giriş prosesinin özü daha uzun çəkəcək.

Trend-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"Sabah alyansın liderləri Finlandiya və İsveçi üzv olmağa dəvət etmək barədə qərar qəbul edəcəklər. Bu sammitdən sonra onlar dəvətli [ölkələr] olacaqlar, sonra bütün paytaxtlarda ratifikasiya prosesi başlayacaq, lakin mən bu gün imzalanmış üçtərəfli anlaşma memorandumuna tam əminəm", - deyə Y.Stoltenberq qeyd edib.

Y.Stoltenberq bildirib ki, Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri Madriddə keçirilən görüşdən sonra Türkiyənin təhlükəsizlik tələblərini nəzərə alan saziş imzalayıblar və indi Ankara bu ölkələrin alyansa daxil olmasına dəstək verməyə hazırdır

Onun sözlərinə görə, Finlandiya və İsveç terrorda ittiham olunan şəxslərin ekstradisiyasında Türkiyə ilə işləməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti