...

Özbəkistan prezidenti yenidən Qaraqalpaqıstana yollanıb

Dünya xəbərləri Materials 3 İyul 2022 11:12 (UTC +04:00)

Bakı. Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün yenidən Qaraqalpaqıstanın Nukus şəhərinə yollanıb.

Trend xəbər verir ki, bu barədə "Gazeta.Uz" "Flightradar24"ün məlumatların isitnadən xəbər verib.

Özbəkistan dövlətinin başçısı şənbə günü kütləvi nümayişlərin keçirildiyi Qaraqalpaqıstanın paytaxtında olub və gecə saatlarında geri qayıtmışdı.

"Gazeta.Uz"un mənbələrinin məlumatına görə, Nukusda hazırda sakitlikdir, küçədə avtomobil demək olar ki, yoxdur. İnternetə çıxış hələ də məhdudlaşdırılıb. Mobil rabitə işləyir.

Respublikada etirazlar sakinlərin Konstitusiyaya təklif olunan və regionun statusunun dəyişdirilməsini nəzərdə tutan əlavələrdən narazılığı fonunda baş verib.

Ötən gücədən Qaraqalpaqıstanda bir ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti