...

İspaniya müdafiə xərcləri üçün əlavə 1 milyard avro ayıracaq

Dünya xəbərləri Materials 5 İyul 2022 21:42 (UTC +04:00)
İspaniya müdafiə xərcləri üçün əlavə 1 milyard avro ayıracaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Ukrayna ətrafında yaranmış vəziyyət fonunda İspaniya hökuməti ölkənin Müdafiə Nazirliyinin ehtiyacları üçün əlavə 1 milyard avronun ayrılmasını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "AP" qəzeti xəbər verib.

Məlumata əsasən, söhbət Nazirliyə birdəfəlik vəsaitin köçürülməsindən gedir.

Qeyd edək ki, Madriddə keçirilən NATO sammitində alyans liderləri təşkilata üzv olan bütün ölkələrin ÜDM-in 2 faizi həcmində müdafiə xərclərinə nail olmaq barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti