Bakı. Trend:
Böyük Britaniya Xarici İşlər Nazirliyi krallığın İrandakı nümayəndəliyinin rəhbərinin müavininin saxlanılması ilə bağlı xəbərləri təkzib edib.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi krallığın XİN-in rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
"Britaniya diplomatının İranda saxlanılması ilə bağlı məlumatlar tamamilə yalandır", - deyə açıqlamada bildirilir.
23:50
İranın İslam İnqilabı Keşikçiləri Korpusu bir neçə xarici diplomatı saxlayıb.
Trend "Reuters"ə istinadən xəbər verir ki, saxlanılan diplomatlar casusluqda ittiham olunur.
Bildirilir ki, saxlanılar diplomatlar arasında Böyük Britaniyanın İrandakı missiyasının rəhbərinin müavini də var.
Digər təfərrüatlar barədə məlumat verilmir.