...

Səudiyyə Ərəbistanı ilə ABŞ arasında 18 əməkdaşlıq sazişi və memorandumu imzalanıb

Dünya xəbərləri Materials 16 İyul 2022 03:19 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden Səudiyyə Ərəbistanına səfəri zamanı tərəflər bir sıra sahələrdə əməkdaşlıq haqqında 18 saziş və memorandumu imzalayıblar.

Trend xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "SPA" dövlət agentliyi məlumat yayıb.

"Səudiyyə Ərəbistanının energetika, investisiya, rabitə və səhiyyə nazirləri amerikalı həmkarları ilə 18 saziş imzalayıblar", - deyə məlumatda deyilir.

Qeyd edilir ki, sazişlər kosmos, investisiya, enerji, rabitə və səhiyyə sahələrində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti